Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən Lalə Eyyubova "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 20 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 12 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb.
Tədbirlər planında İdarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin (xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər və s.) keçirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi göstərilib.