Şriftin ölçüsü :

Saytın rəngi :

26 Fevral Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş Alpaqut Turan döyüş növü üzrə açıq Ağstafa rayon birinciliyi keçirmişdir

21 fevral 2020 | 11:00

Ağstafa rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Əmirxan Hüseynov adına  şəhər 1 saylı tam orta məktəbin idman zalında  26 Fevral Xocalı soyqırımının 28-ci ildönümünə  həsr olunmuş Alpaqut Turan döyüş növü üzrə açıq Ağstafa rayon birinciliyi keçirmişdir. Birincilikdə Ağstafa idmançıları ilə yanaşı ,Tovuz, Şəmki və Bakı şəhərinin də imançıları iştirak etmişdir. Azərbaycan Respublikasının Dövlət himni ilə yarışların təntənəli açlış mərasimi olmuş, Xocalı faciəsinin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yarışın açlış mərasimində  Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Feyruz Həsənov cıxış edərək qeyd etdi ki,mənfur erməni dövləti tarixi azərbaycan torpaqlarında qurulmuş ,və o dövürlərdən də daima öz məkirli niyyətlərinə çatmaq üçün dinc azərbaycan xalqına qarşı tarixdə misli görünməyən kütləvi qırğınlar və söyqırımları  törədmişlər. Xocal qətliamı da məhz bu qırğınların sonuncusu kimi tarixə ən qəddar ən amansız soqırımı hadisəsi kimi yazılmışdır. Tədbirdə çıxış edən Azərbaycan Alpaqut federasiyasının vitse prezidenti Rafiq Qasımov cıxışında bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir ki, "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Natiq qeyd etdi ki Xocalı soyqırımına tarixi qiymətin verilməsini də məhz ilk olaraq Ümummilli lider Heydər Əliyev ən yuksək beynəlxalq kürsülərdən dünya ictimayətinin nəzərinə catdırmışdır. Bu gün də bu faciyəyə beynəlxalq aləmdə Ədalət kompanıyasının bilavasitə təşkilatçısı Ulu öndərin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev cənablarıdır.
açlış mərasimində cıxış edən natiqlər qeyd etdilər ki  Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.
Birinciliyin rəsmi açlış mərasimindən sonra ümumilikdə 70 nəfər idmancı mübarizəyə qatilmiş ,komanda hesabı ilə 1 yerə Ağstafa rayon komandası  2 yerə Şəmkir rayon komandası 3 yerə isə Tovuz rayon komandası layiq görülmüşdür. Qalib idmançılar Ağstafa rayon Gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olundular.

 

Keçidlər