Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağstafa Peyntbol və Atıcılıq Mərkəzinin açılışını etmişdir

05 iyul 2013 | 10:00

Bildirildi ki, Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzində inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunmuşdur. Ərazi abadlaşdırılmış, yaşıllıq salınmışdır. Burada müasir işıqlandırma sistemi qurulmuş, istirahət üçün hər cür şərait yaradılmışdır.
Qeyd edildi ki, mərkəzin yaradılmasına bu il başlanılmışdır. Binada silah və ov ləvazimatları mağazası, həkim məntəqəsi, silah seçimi və silah, təlimatçılar, paltar seçimi, xüsusi geyim otaqları və kafe vardır. Xüsusi memarlıq üslubunda inşa olunmuş binada havalandırma sistemi quraşdırılmışdır. Mərkəzdə müşahidə məntəqəsi, rayonda Olimpiya hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə olimpiya idman növü olan stend atıcılığı və idman ovçuluq atıcılığı meydançası da tikilir. Peyntbol meydançasında süni maneə və taxta evlərin quraşdırılması başa çatmışdır.
Dövlətimizin başçısı iki komandanın döyüş təlimini, stend atıcılığı və idman ovçuluq atıcılığı məşqlərini izlədi.
Bildirildi ki, mərkəz həm də istirahət və əyləncə məkanı kimi fəaliyyət göstərəcəkdir. Burada idman silahlarından istifadə etməyin xüsusi qaydaları müəyyən edilmişdir. Mərkəz yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlıqlarında mühüm rol oynayacaqdır.
Məlumat verildi ki, atıcılıq idman növünün daha çox yayılmış olan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığının öyrədilməsinə də xüsusi yer ayrılmışdır. Mərkəzin ərazisində Olimpiya yarışlarında tətbiq olunan və bütün texniki inventarlarla təchiz edilmiş sahə də yaradılmışdır.
Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Keçidlər