Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü qeyd olundu

24 fevral 2020 | 11:00

         “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü” ilə əlaqədar olaraq Ağstafa şəhər Müsiqi Mərkəzində ümumrayon tədbiri keçirildi.

        Tədbir iştirakçıları Rəsm Qalereyasının Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi ilə yaxından tanış oldular. Sonra Xocalı soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

         Tədbiri Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq bildirdi ki, Ağstafa rayonunda “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü”nün keçirilməsinə dair Ağstafa rayonu İcra Hakimiyyətinin 20 fevral 2020-ci il tarixli, 12 nömrəli Sərəncamı ilə “Tədbirlər Planı” təsdiqlənmişdir. Tədbirlər Planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü” ilə əlaqədar tədbirlərin icrasına başlanılmışdır. Tədbirlərin yekunu olaraq rayon ərazisində 26 fevral 2020-ci il tarixdə saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaqdır.

            Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr var ki, əsrlər ötsə də heç zaman qan yaddaşımızdan silinməyəcəkdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir. 28 il öncə- 1992-ci il fevralın 25-dən 26-na keçən keçən gecə belə amansız cinayətə rəvac vermiş erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir bir daha təsdiq etmişlər. Bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.

            613 nəfər dinc Azərbaycanlını, o cümlədən 63 uşağ, 106 qadın, 70 qoca bir neçə saatın içində amansızlıqla qətlə yetirilmiş, 487 nəfər ağır xəsarətlərə məruz qalmış, 1275 nəfər isə  girov götürülmüşdür.  Respublikaya o vaxt başçılıq edənlərin qətiyyətsizliyi, vəzifəni itirmək qorxusundan millətin sonrakı taleyinə təsir edən bu cinayətkar hərəkətlərə biganə münasibət bəsləmələri, siyasi-iradə ortaya qoymaq qabiliyyətində olmaması xalqın böyük faciələrlə üzləşməsinə gətirib çıxarmışdır.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bir çox faciələrimiz kimi, Xocalı faciəsinə  də siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmiş, sənəddə hadisənin baş vermə səbəbləri və günahkarlar təfsilatı ilə açıqlanmışdır.

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində möhtərəm  cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Faciənin 28-ci ildönümü münasibətilə cənab Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. İnsanlığa və Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin bu günə qədər yürütdüyü daxili və xarici siyasətin əsas prioritet istiqamətlərindən biridir.

            Sonra Ağstafa Regonal Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov çıxış edərək bildirdi ki, Heydər Əliyev Fondu tərəfindən milli həqiqətlərin ilk növbədə Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində geniş işlər aparılmışdır. Bu baxımdan Fondun prezidenti UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələri qeyd etmək istərdim.

            Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində işlər aparır. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm əsərlərinin, əl işlərinin və  fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi  beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər yaratmışdır.

            Bu siyasətə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti və nəhayət güclü və müasir Azərbaycan ordusu dayanır.

          Biz əminik ki, xalqımızın haqq səsi, nəhayət ki, dünya birliyi tərəfindən eşidiləcək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və əsassız torpaq iddialarına birmənalı şəkildə yox deyiləcək, Xocalı soyqırımına obyektiv hüquqi-siyası qiymət veriləcəkdir.

         Daha sonra Ağstafa məktəblilərinin ifasında Xocalıya həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

Keçidlər