Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentə yazırlar

16 iyul 2013 | 10:00

Möhtərəm cənab Prezident!

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi islahatlar 2013-cü ildə də uğurla həyata keçirilir. İri kommunikasiya və infrastruktur layihələrinin reallaşdırılması, əhalinin həyat şəraitinin yaxşılaşdırılması sahəsində böyük uğurlar əldə olunmuşdur. Artıq Azərbaycanda iqtisadiyyatın dayanıqlığı təmin edilmiş, regionların sosial-iqtisadi inkişafına nail olunmuşdur. Bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti kimi Sizin gərgin fəaliyyətinizin bəhrəsidir.

Ağstafa rayonunda Sizin tapşırıq və tövsiyənizlə inşa olunan parklar, gənclər mərkəzi və perinetal mərkəz rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili, əhalinin sağlamlığının qorunması baxımından çox önəmlidir.

Sizin iştirakınız və xeyir-duanızla açılan gənclər mərkəzi istirahət və əyləncə məkanı olmaqla yanaşı, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq, idmanın kütləviliyinin təmin olunması, Olimpiya hərəkatının genişlənməsi, gənclərimizin vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının güclənməsini təmin edəcəkdir.

Zati-aliləri!

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının üzvləri 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində də Ulu Öndərin siyasətinə səs verəcək və bu istiqamətdə məqsədyönlü iş aparacaqlar.

Hörmətli cənab Prezident, ağstafalı gənclər rayonumuzun daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılması barədə Sərəncamınızı Ağstafaya olan qayğınızın bariz nümunəsi kimi qiymətləndirir və rayonumuzun inkişafına göstərdiyiniz diqqətə görə minnətdarlıqlarını bildirirlər.

Tanrı Sizə kömək olsun!

Dərin hörmətlə,

Anar Məmmədov
YAP Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri

Azərbaycan Respublikası, Ağstafa rayonu.

Keçidlər