Ağstafada 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Dost iş mərkəzinin qadın sosial işçiləri təbrik edildi
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini əvəz edən Lalə Eyyubovanın iştirakı ilə keçirilən tədbirdə Azərbaycan qadınının öz saf adını hər zaman layiqincə qoruduğu vurğulanıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət qadın siyasəti nəticəsində qadınlara istənilən sahədə uğurlu fəaliyyət göstərmələri üçün şərait yaradılıb və ölkəmizdə gender bərabərliyinə nail olunub.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən qadınlarımızın ictimai-mədəni həyatda rolunun artırılması və dövlət idarəçiliyində daha çox sayda təmsil olunması istiqamətində səmərəli addımlar atılır.
Tədbirdə Ağstafa rayonunun sosial-iqtisadi və ictimai-mədəni inkişafında qadınların mühüm rol oynadığı diqqətə çatdırılıb.
Sonda rəhbərlik tərəfindən bütün sosial qadınlara cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərində uğurlar ifadə edildi.
Bayramınız mübarək olsun!