Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri Ilə görüş keçirildi

08 mart 2020 | 11:00

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısını əvəz edən Lalə Eyyubova  şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları ilə görüşüb. Lalə Eyyubova bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övldları da bizim üçün çox qiymətlidir deyib. Lalə Eyyubova  ölkəmizdə qadınlara yaradılan şəraitdən danışıb və bildirib ki, bu gün ölkəmizin bütün sahələrində qadınlarımızın fəallığının daha da artması cənab Prezidentimizin yürütdüyü siyasət, 1-ci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın qadınlara hər zaman verdiyi böyük dəstəklə birbaşa bağlıdır deyib.
Görüşdə bir qadının cəmiyyətdə daha fəal ola bilməsində ailəsinin onun yanında dəstək olmasının vacibliyini xüsusi vurğulayaraq ailələri bu məsələyə xüsusi diqqətə çağırıb. Söhbət zamanı qeyd edildi ki, Ali Baş Komandanın rəhbərliyi altında tezliklə torpaqlarımız işğaldan azad olunacaq və şəhidlərimizin ruhu yalnız o zaman sakitlik tapacaqdır. Şəhidlərimizə Allahdan rəhmət diləndi və növbəti bayramlarımızı birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd olunacağı vurğulandı.
Sonda İcra Hakimiyyətinin Başçısı  əvəzi  L.Eyyubova  şəhid analarına  bayram hədiyyələri təqdim etdi və onlarla birgə xatirə şəkilləri çəkdirdi.

 

Keçidlər