Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon İcra Hakimiyyətində könüllü təlimlərində iştirak edən gənclərin fəaliyəti diqqət mərkəzindədir

13 mart 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Ağstafa rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi işlərini uğurla davam etdirir.

Bu günə kimi Ağstafa rayon İcra Hakimiyyəti başçısı aparatında 17 nəfər gənc könüllü təlimlərini müvafəqiyyətlə keçərək müvafiq sertifikatlarla təltif olunmuşlar. Hazırda davam edən təlimlərdə dörd nəfər könüllü gəncimiz  rayon İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planına uyğun olaraq şöbələrdə fəaliyyətllərini davam etdirirlər. Gənclər bilik və bacarıqlarının artırılması məqsədi ilə vətəndaşların qəbul edilməsi, onların müraciətlərinə əsasən aidiyyəti üzrə istiqamətləndirilməsi, kərgüzarlıq məsələlərinin həyata keçirilməsində, o cümlədən onlara verilən digər tapşırıqların icrasını təmin edirlər.

Keçidlər