Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Koronavirus pandemiyasına qarşı profilaktik tədbirlər davam etdirilir

25 mart 2020 | 11:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq rayonda sosial izolyasiya istiqamətində mühüm addımlar atılır. Sözügedən pandemiyanın rayonda yayılmasının qarşının alınması, əhalinin mütəmadi məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədi ilə Ağstafa rayon İcra Hakimiyyəti  yanında operativ qərargah yaradılıb, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Ağstafa rayonunda  küçə və prospektlər o cümlədən yaşayış binaları dezinfeksiya olunur. Dezinfeskiya işləri Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü,  Ağstafa rayon Mənzil Kommunal Təssərüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb.

Koronavirus (COVİD -19) əleyhinə profilaktiki tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işləri davam etdiriləcək. Dezinfeksiya edici preparatların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.

 

Keçidlər