Ağstafada Koronavirus pandemiyasına qarşı maarifləndirmə işləri aparılır
Ağstafada Koronavirus pandemiyasına qarşı maarifləndirmə işlərinin səmərəliliyini daha da artırmaq məqsədi ilə 65 yaşı tamam olmuş rayon sakinlərinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri çatdırılıb. Bununla bərabər Rayon İcra Hakimiyyətinin rəsmi “fecebook” səhifəsində və internet resurslarında “evdə qal, həyatını xilas et!” devizi altında çağırışlar edilib.
Ağstafalı könüllülər tərəfindən isə bukletlər paylanılıb, elanlar yapışdırılaraq təbliğat aparılıb. Eləcə də kənd və qəsəbələrin icra nümayəndəliklərinin və könüllülərin iştirakı ilə ahılların evdən çıxmadan ərzaq və dərman pereperatları ilə təmin olunması həyata keçirilir.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, evdən çölə çıxmamağa, zərurət yarandıqda evdən çıxdıqda insanlarla birbaşa təməs qurmamağa, kütlənin toplaşdığı yerlərə getməməyə çağırırıq.