Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

18 iyul 2013 | 10:00

17 iyul 2013-cü il tarixdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.

Şura iclasını giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfəri münasibəti ilə rayon ictimaiyyətini təbrik etdi, rayonun tikinti-quruculuq və abadlıq işlərində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Şuranın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. Azərbaycan Respublikası Prezidentinin seçkisi ilə əlaqədar olaraq rayonun yaşayış məntəqələrinin adlarının siyahısının və onların inzibati sərhədlərinin dəqiqləşdirilməsi, küçə adlarının, məhəllələrin, evlərin və mənzillərin nömrələrinin qaydaya salınması sahəsində görülən işlər haqqında.

2. Rayonun magistral avtomobil yollarının kənarındakı tikililərin qanunla müəyyən edilmiş  məsafəyə çəkilməsi, müasir memarlıq üslubuna uyğun tərtibatı, ekoloji vəziyyətin yaxşılaşdırılması, həmçinin yol kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması ilə bağlı görülən işlər barədə.

3. Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının icrasının təmin olunması, çağırışdan yayınma hallarının qarşısının alınması sahəsində görülən işlər barədə.

4. Rayonun sosial-iqtisadi, ictimai-siyasi, dini və mədəni həyatının mühüm problemlərinin təhlil edilməsi, aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi haqqında.

5. Rayonda istehlak bazarının təhlil edilməsi və inkişafının proqnozlaşdırılması, ticarət, ictimai iaşə və digər xidmət sahələrinin inkişafına dair ünvanlı proqramların həyata keçirilməsi, rəqabətin və bazar iqtisadiyyatının inkişaf etdirilməsi, yeni sahibkarlıq subyektlərinin yaradılması və inkişafına dəstək verilməsinə dair.

6. Məktəbəqədər uşaq müəssisələrində işin tənzimlənməsi, azyaşlı uşaqların təlim-tərbiyə prosesinə və qida təminatına nəzarətin təşkili sahəsində görülən işlər barədə.

7. Rayon ərazisində aqrar bölmənin inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsi, aqrar bölmədə sahibkarlığın inkişafı, iri fermer təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsinin təmin olunması, istehsal edilən məhsulların marketinqinin, saxlanmasının təşkili və satış bazarının müəyyən edilməsi, heyvandarlıq sahəsində epizootiya əleyhinə sanitariya, profilaktik və baytarlıq tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi barədə.

Cənab Məhərrəm Quliyev Şuranın gündəliyinə çıxarılan məsələlərin əhəmiyyətinə toxunaraq vaxtaşırı bu məsələlərə diqqət artırmağın zəruriliyini qeyd etdi.
Müvafiq olaraq qoyulmuş məsələlərə dair  Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, rayonun baş memarı Sənan Mustafayev, Ağstafa RİH başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi Şəfaqət Qocayeva, başçının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, başçının müavini- Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev və başçının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Ramiz İmanov məruzə ilə çıxış etdilər.
Məsələlər ətrafında müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin məlumatları eşidildi.
Cənab Məhərrəm Quliyev əldə olunmuş uğurlarla yanaşı mövcud nöqsan və qüsurların aradan qaldırılması istiqamətində konkret tapşırıqlarını verdi.

Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər