Ağstafa rayonunda tibbi-profilaktik və dezinfeksiya edici tədbirlər davam etdirilir
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri davam edir.
Belə ki, rayon ərazisində, prospekt və küçələrdə, ödəniş terminallarında, bankomatlarda, avtomobil dayanacaqlarında, sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində, ticarət və digər xidmət obyektlərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə profilaktik tədbirləri həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin rəsmi internet və sosial şəbəkələrdəki səhifələri vasitəsilə bu sahədə mütəmadi maarifləndirmə işləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək, həmçinin rayon sakinlərinin xüsusi karantin rejiminə əməl edilməsi ilə bağlı Ağstafa Rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə tərəfimizdən mütəmadi monitorinq aparılır.