Şriftin ölçüsü :

Saytın rəngi :

220 şagird yerlik Tatlı kənd tam orta məktəbinin açılışı olmuşdur

16 sentyabr 2012 | 10:00

15 sentyabr 2012-ci il tarixdə sərhəd bölgəsində yerləşən 220 şagird yerlik Tatlı kənd tam orta məktəbinin açılışı olmuşdur.
Açılışda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək yeni məktəbin tikintisi və yeni dərs ilinin başlanması münasibəti ilə məktəb kollektivini təbrik edərək, sərhəd bölgəsində yaşayan sakinlərin hər zaman dövlətimizin diqqət mərkəzində olduğunu bildirmişdir. İcra başçısı ölkəmizdə və rayonumuzda son illərdə təhsil sahəsində aparılmış tikinti və quruculuq işləri barəsində geniş məlumat verdi. Tədbirdə çıxış edən kənd sakinləri bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdilər. Tədbirdə məktəbin birinci siniflərinə məktəbli ləvazimatları hədiyyə olundu.
 

Keçidlər