Pirili kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Pirili kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Pirili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yaqub Məmmədov Pirili kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Ramiz Mustafayev Pirili kəndinə təbii qazın verilməsinin tezləşdirilməsini xahiş etdi.
2. Əli Əhmədov yay mösümü ilə əlaqədar suvarma suyunun miqdarının artırılmasına ehtiyac olduğunu vurğuladı.
3. İman Mustafayev pay torpağındakı əkin sahəsinin suvarılmasına köməklik edilməsini xahiş etdi.
4. Azər Məmmədov Pirili kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
5. Vahid Mehdiyev yeni məhəllədə elektrik təsərrüfatının yaxşılaşdırılması barədə danışdı.
6. Məmməd Nuriyev Poylu qəsəbə-Düzqışlaq-Qazax avtomobil yolunda aparılan təmir işlərinin sürətləndirilməsini xahiş etdi.
7. Məcid Vəliyev Ağstafa çayının sol sahilində yerləşən 6495 nəfər əhalinin istifadə etdiyi avtomobil körpüsünün əsaslı təmir edilməsini təklif etdi.
8. Ələddin Qurbanov yaşadığı mənzilə elektrik xəttinin çəkilməsinə köməklik edilməsini xahiş etdi.
9. Zərinə Zeynalova yeni çəkilmiş asfalt avtomobil yolunda sürətin məhdudlaşdırılması üçün yol nişanlarının qoyulmasını təklif etdi.
10. Balaxanım Ələkbərova kəndin giriş hissəsində əhalini içməli su ilə təmin edən mərkəzi su xəttinin təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
11. İlham Məmmədov İdarə binasının yaxınlığında yerləşən subartezian quyusunun nasosunun təmir edilməsini xahiş etdi.
12. Əsmər Mirzəyeva yeni məhəllədə yolların xırlanmasını təklif etdi.
13. Yusif Məmmmədov idarə binasının əsaslı təmirinə ehtiyac olduğunu bildirdi.
14. Şəlalə Hüseynova mənzili yandığı üçün tikinti materialları ilə köməklik edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa çayının sol sahil yaşayış məntəqələri üçün həyati əhəmiyyəti olan Poylu qəsəbə-Düzqışlaq-Qazax avtomobil yolunun yenidən qurulmasına başlanılıb və hazırda işlər sürətlə davam etdirilir. Eyni zamanda cari ildə rayon mərkəzindən xeyli aralı məsafədə yerləşən Pirili kəndinin təbii qazla təmin edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.