Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada koronavirusla mübarizə ilə bağlı dezinfeksiya işləri davam edir

13 aprel 2020 | 11:00

Bütün ölkədə olduğu kimi, Ağstafa rayonunda kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.
Bununla yanaşı, Ağstafa Rayon İcra Hakimiyyəti Aparatında operativ qərargahının tərtib etdiyi qrafik əsasında Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun kənd və qəsəbələrinin küçə və prospektləri, parklar, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur. Rayonda mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısı, dayanacaqlarda, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq aparılır.

 

Keçidlər