Şriftin ölçüsü :

Saytın rəngi :

Bəzi saytlarda Ağstafa ilə bağlı yazılan fikirlər həqiqəti əks etdirmir.

22 aprel 2020 | 11:00

Son zamanlar yalnız qarayaxma kampaniyası ilə məşğul olan saytlarda Ağstafa ilə  paylaşılan  yazıda guya, rayonda səhiyyə işçilərinin əməkhaqları Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubovanın nəzarəti ilə mənimsənilir. Böhtan xarakterli bu dezinformasiyaya cavab olaraq bildiririk ki, Ağstafa rayon Mərkəzi Xəstəxanasının Ağstafa Rayon İcra Hakimiyyətinə heç bir tabeçiliyi yoxdur. Nəzərə çatdırırq ki, respublikanın bütün rayonlarında, o cümlədən Ağstafada səhiyyə xidmətinə nəzarət “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” tərəfindən həyata keçirilir. Mərkəzi Xəstəxananın idarə olunması, səhiyyə işçilərinin aylıq əməkhaqlarına əlavələrin, habelə rayon büdcəsində səhiyyə xidməti üçün nəzərdə tutulmuş digər vəsaitlərin xərclənməsi mexanizmi Rayon İcra Hakimiyyətinin səlahiyyətlərindən tamamilə kənardır.
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyəti  koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində tənha ahıllara, eləcə də digər həssas kateqoriyadan olan  sakinləri daim diqqətdə saxlayır. Bu istiqamətdə icra olunan tədbirlər sırasında rayonda və kənarda yaşayan ağstafalı  iş adamlarının və sahibkarların dəstəyi ilə aztəminatlı ailələrə sosial yardım edilir. Yeni  Azərbaycan Partiyasının və Ağstafa Rayon İcra Hakimiyyətinin  könüllülərinin, eləcə də rayon ictimaiyyətinin fəallarının iştirakı ilə ərzaq yardımları həmin ailələrin ünvanlarına çatdırılır.
Ağstafa Rayon İcra Hakimiyyəti ilə əlaqədar bəzi saytlarda və sosial şəbəkələrdə dərc olunan bu cür xarakterli yazılar qərəzli və  tam əsassızdır.

Keçidlər