“Biz birlikdə güclüyük” şüarı ilə “Qazax” Xeyriyyə İctimai Birliyi Ağstafada növbəti 200 aztəminatlı ailəyə dəstək oldu
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə keçirilən “Biz birlikdə güclüyük” sosial aksiya ölkənin bütün bölgələrində, o cümlədən Ağstafada uğurla davam etdirilir. Sosial aksiyada öz fəallığı ilə iştirak edən “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri Ağstafalı iş adamları Mirfalah Cabbarov və Mahir Xanəhmədovun təşəbbüsü ilə Ağstafa rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan daha 200 ailəyə yardım olunmuş və bu sahədə işlər davam etdirilir. Könüllü gənclərin və rayonun bir sıra ictimai fəallarının iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar siyahı üzrə sakinlərin yaşadıqları ünvanlara çatdırılıbdır. Sosial yardımı qəbul edən vətəndaşlar başda ölkə rəhbərliyi olmaqla, bu həssas dövrdə dövlətimizə və xalqımıza dəstək olmaq üçün vətəndaş həmrəyliyi nümayiş etdirən hər bir kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.
“Qazax” Xeyriyyə İctimai Birliyi növbəti günlərdə də Ağstafa rayonunda aksiyaya dəstəyini davam etdircəkdir.