Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı İş adamı Elmar Kərimov “Biz birlikdə güclüyük” aksiyasına qoşularaq aztəminatlı ailələrə yardım göstərib

29 aprel 2020 | 11:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə  Ağstafa rayonundan olan iş adamı Elmar Kərimov “Biz birlikdə güclüyük”  aksiyasına qoşulub. 
E.Kərimov  koronavirus (COVID-19) epidemiyasının tüğyan etdiyi, insanların, xüsusən yaşlıların ev şəraitində, ətraf aləmdən təcrid vəziyyətdə yaşadıqları bir vaxtda yüksək xeyirxahlıq nümayiş etdirib. Ağstafalı  iş adamı Rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və könüllülərilə  birgə  Köhnəqışlaq, Pirili, Xılxına, Kolxəlfəli, Düzqışlaq və Qarahəsənli kəndlərində 300 aztəminatlı ailəyə ərzaq yardımı göstərib. Layihədə  karantin rejimi müddətində  rayonun bütün yaşayış məntəqələrində daha 700 aztəminatlı  ailəyə ərzaq yardımı göstərilməsi nəzərdə tutulmuşdur.   Sakinlər iş adamına xeyriyyəçilik əməlinə görə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətində yaradılan koronavirusla mübarizə üzrə qərargah bu cür xeyriyyəçilik təşəbbüsünü dəstəkləməklə, geniş yayılması istiqamətində də lazımi iş aparır.

 

Keçidlər