Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu Ağstafada Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib

09 may 2020 | 11:00

Heydər Əliyev Fondu hər il olduğu kimi, bu dəfə də 9 May - Qələbə Günündə Böyük Vətən Müharibəsi veteranları ilə birgə olub. Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub. Fondun nümayəndələri  rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Ağstafa rayonunda  beş veteranın, Soyuqbulaq qəsəbəsində Seyfəd Teyfurovun, Göycəli  kəndində Kamil Məmmədovun, Köçəskər kəndində Babaxan İsgəndərovun və Eynallı kəndində  İbrahim Cəfərov,  Əli Hüeynovun evlərində  bayram süfrəsi qurulub, həmçinin onlara Heydər Əliyev Fondunun sovqatları çatdırılıbdır.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteranlarımızın qayğılarını daim diqqətində saxladığı qeyd olunub və böyük qələbənin əldə olunmasında hünər göstərən həmvətənlərimiz bir daha bayram münasibəti ilə təbrik edilib.

Keçidlər