Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar müəllim İndira Səmədova: “ Biz ağstafalılar, rüşvət və korrupsiya hallarına qarşı dövlətimiz tərəfindən həyata keçirilən ciddi cəza tədbirlərini yüksək qiymətləndiririk”.

13 may 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən  düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan yüksək vəzifəli şəxslər barədə ciddi cəza tədbirləri cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır.  O cümlədən Ağstafa rayon ictimaiyyəti də bu istiqamətdə atılan addımları yüksək qiymətləndirir. Rayon ziyalısı, əməkdar müəllim İndira Səmədova öz ailəsi və bütün  Ağstafa ictimaiyyəti adında cənab Prezidentə dərin minnətdarlığını bildirərək qeyd edib ki, son aylarda nazirlik və bir sıra rayon icra hakimiyyətləri, eləcə də digər yüksək vəzifəli   məmurların həbs edilməsi ölkə başçısının korrupsiyaya və rüşəvətxorluğa qarşı yürütdüyü siyasətin bariz nümunəsidir. Prezidentimiz demək olar ki, hər çıxışında vurğulayır ki,  onun tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Ölkə başçımızın söylədiyi kimi  heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur. Yol verdiyi qanunsuzluğa görə əvvəlki xidmətləri nəzərə alınmayacaqdır. İstər icra başçısı, istərsə də digər məmurların əsas vəzifəsi xalqa xidmətdən ibarətdir.  Bu gün cənab Prezidentin istəyi, tələbi və məmurlar qarşısında qoyduğu öhdəlik, ayrı-ayrı sahələrin üzvləri ilə görüş zamanı verdiyi tapşırıqlar da ondan ibarətdir ki, hər şey vətəndaşımız üçündür. İndira Səmədova həmçinin qeyd edib ki,  bütün dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda,  ölkəmizdə həyatımızın  əvvəlki tək rahat və firəvan davam etməsi möhtərəm Prezidentin ortaya qoyduğu  güclü siyasi iradənin nəticəsidir. Cənab Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə bilrikdə  ölkənin ən böyük şəfa ocağı olan  “Yeni klinika” tibb  müəssisəsinin açılışında  “Biz birlikdə güclüyük!”  çağırışı ilə koronavirus pandemiyasına qarşı amansız mübarizənin uğuru hər bir azərbaycanlını qürurlandırır.

Keçidlər