Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kəndinin genişləndirilmiş hissələrində yeni məhəllələrdə fərdi yaşayış evlərinin qazlaşdırılması işlərinə başlanılmışdır

13 may 2020 | 11:00

Azərbaycan vətəndaşının sosial-məişət problemlərinin həlli, insanların rahat və firavan şəraitdə yaşaması Azəraycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. O cümlədən ölkənin bütün yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi istiqamətində ölkə başçısının imzaladığı Dövlət proqramları, fərman  və sərəncamları ilə ölkəmizdə təbii qaz təminatı ən yüksək səviyyəyə çatdırılmışdır.

Paytaxtımızdan ən uzaq məsafədə yerləşən rayonlardan biri olan və düşmənlə sərhəddə yerləşən Ağstafanın ən ucqar yaşayış məntəqələri belə fasiləsiz, keyfiyyətli təbii qaz təminatı ilə təchiz olunmuşdur. Ağstafa rayonunda bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində Ağstafa şəhəri, 33-cü məhəllənin qazlaşdırılması məqsədi ilə Dağ Kəsəmən kəndinin genişləndirilmiş hissələrində yeni məhəllələrdə fərdi yaşayış evlərinin qazlaşdırılması işlərinə başlanılmışdır. Həmin ərazidə yaşayan sakinlər onların müraciətləri əsasında həyata keçirilən layihəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər