Şriftin ölçüsü :

Saytın rəngi :

“Qələbəyə doğru” intellektual oyunun qalibi Nərmin Paşayevaya kubok, diplom, fəxri fərman və hədiyyə təqdim olundu

14 may 2020 | 11:00

Ölkəmizdə uşaqların dünya görüşünün artırılması, yeni biliklərin əldə edilməsinin stimullaşdırılması, asudə vaxtının səmərəli təşkili, müxtəlif bölgələrmizdən olan uşaqlar arasında əlaqələrin yaradılması məqsədilə tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il  uşaqlar arasında “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyun keçirilir. Hazırki dövrdə qlobal pandemiya və karantin dövrünün tələblərini nəzərə alaraq intellektual oyunun bu il onlayn formatda keçirilməsi qərara alınmışdır. İntellektual oyuna böyük maraq göstərilərək  52 uşaq iştirak etmiş və uğurlu nəticə göstərən 3 iştirakçı finala vəsiqə qazanmışdır. Ağstafa rayonu, Dağ Kəsəmən kəndi, 2 saylı orta məktəbin 9-cu sinif şagirdi Nərmin Paşayeva 3 may tarixində Komitənin “Facebook” sosial şəbəkəsində baş tutmuş final oynunda ən yüksək nəticə yığaraq “Qələbəyə doğru” kubokunun sahibi olmuşdur. Bu gün Ağstafa Rayon İcra Hakimiyyətində Nərminə komitə tərəfindən təqdim olunan kubok, diplom, qiymətli hədiyyə və Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunmuşdur. Qeyd olunmuşdur ki, Nərminin əldə etdiyi bu naliyyət digər ağstafalı uşaqlar üçün də gözəl nümünə olacaqdır. Tədbirdə iştirak edən Nərminin anası ölkəmizdə yeniyetmə və gənclər  üçün göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər