Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır

20 may 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonu üçün ənənəvi məşğuliyyət sahəsi hesab edilən baramaçılığın bərpası və inkişafı istiqamətində tədbirlər uğurla icra olunmaqdadır. Artıq beşinci ildir ki, rayonda baramaçılıqla məşğul olmaq istəyən kümçülərə ödənişsiz barama qurdu toxumu paylanılır. Bu il də ağstafalı kümçülər  Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş barama toxumu ilə təmin olunmuşlar. Barama saxlama məntəqələri tələb olunan aqrotexniki şərtlərlə təchiz olunub.  İşçilərin səmərəli fəaliyyət göstərməsi   üçün lazımi şərait yaradılmışdır.  Hər ötən ildə barama istehsalı artan dinamika ilə dəyişir. Bu il 45 ailəyə 150 qutu barama paylanmışdır ki, nəticədə 164 nəfər sakinin məşğulluğu təmin olunmuşdur. Eyni zamanda 6,0 ton  barama istehsalı nəzərdə tutulur. Dövlətimizin dəstəyi ilə rayonun bütün kəndlərində ümumilikdə tut bağları salınmış və ümumilikdə qırx mindən çox ting əkilmişdir.

Keçidlər