Qıraq Kəsəmən kəndində şəhid Adil Tatarovun il dönümü qeyd olundu
20 may 2018-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarovun il mərasimi Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşadığı ünvanda keçirilmişdir. Mərasimdə iştirak edən valideynləri, Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinləri, Qarabağ qaziləri, müharibə veteranları eləcə də kənd ictimaiyyətinin nümayəndələri Şəhidin qəbirüstü abidəsini ziyarət edərək əklil və gül dəstələri düzdülər. Mərasim iştirakçıları Adil Tatarovun və onun timsalında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin qəbrini ziyarət edən insanlar Adilin məzarı başında ruhuna dualar oxuyub valideynlərinə Allahdan səbr dilədilər.
İl dönümü mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova, Qarabağ müharibəsi veteranı Ələddin Kəsəmənli, Əfqanıstan müharibəsi veteranları təşkilatının rayon filialının sədri Mirzahid Hacıyev çıxış edərək bildirdilər ki, Adil Tatarov hərb tariximizə yeni şanlı səhifələr yazdı. Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır. Məhz, Adil Tatarovun qəhrəmanlığı nəticəsində ordumuz 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçibdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır