Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
28 may 2020 | 11:00
“Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”