Ağstafa Rayon İcra Hakimiyyəti Şəhid və Qarabağ əlillərinin ailələrini evlərində təbrik etdi.
Bu gün Müqəddəs Ramazan bayramı və 28 may-Respublika Günü münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı “Azercell Telekom” MMC-nin və “Azərpoçt” MMC-nin dəstəyi ilə Ağstafa rayonunda olan 300 Şəhid və Qarabağ əlillərinin ailələlrinə sovqat payı verilmişdir. Könüllü gənclərin və rayonun bir sıra ictimai fəallarının iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar siyahı üzrə sakinlərin yaşadıqları ünvanlara çatdırılmışdır. Sosial yardımı qəbul edən vətəndaşlar başda ölkə rəhbəri cənab Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse –Prezidenti Mehriban xanım Əliyevaya , bu həssas dövrdə dövlətimizə və xalqımıza dəstək olduqları üçün vətəndaş həmrəyliyi nümayiş etdirən hər bir kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.