Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılmasına başlanmışdır

29 may 2020 | 11:00

Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası həyata keçirilir.
Əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində, Aşağı Göycəli,  Göycəli, Dağ Kəsəmən, Qarahəsənli,  Xılxına,  Kolxəlfəli, Muğanlı, Pirili, Tatlı kəndlərində  əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.
Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən qazılması nəzərdə tutulan subartezian quyularından bir ədədinin Dağ Kəsəmən kəndində qazılmasına başlanmışdır.

 

Keçidlər