Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada vətəndaşlara pulsuz tibbi maskalar paylanılır

03 iyun 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz bir yerdə güclüyük!” çağırışına cavab olaraq başladılan sosial aksiyalar Ağstafa rayonunda da  uğurla davam etdirilir. Əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Ağstafa Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə YAP  könüllüləri tərəfindən şəhər sakinlərinə pulsuz tibbi maskalar paylanılıb. Ağstafa Rayon İcra Hakimiyyəti hər kəsi karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməklə evdə qalmağa, tibbi maska və spirtlərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə sabunla yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırır.

 

Keçidlər