Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə kifayət qədər ərzaq ehtiyatının olması, yerli tibbi maska və tibbi spirt istehsalı vətəndaşımız üçün heç bir narahatçılığın olmamasına xidmət edir.

04 iyun 2020 | 11:00

Məhs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın pandemiyanın ilk günlərindən qəbul etdikləri qərarlar, karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Ölkə rəhbərliyinin tapşırığına əsasən çox qısa zaman kəsiyində Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi qeyd olunanlara nümunədir. Bu gün bütün planetimizdə tuğyan edən karonavirus infeksiyası ilə mübarizədə müstəsna rola malik tibbi maskalara təlabatın kəskin şəkildə artması nəticəsində əksər ölkələrdə maska qıtlığı müşahidə olunur. Yerli maska  istehsalı nəticəsində Azərbaycanda bu məsələ kökündən öz həllini tapmışdır. Həmçinin kifayət qədər yerli tibbi spirt istehsalı da vətəndaşımız üçün heç bir narahatçılığın olmamasına xidmət edir. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsi gündəmə gəlmişdir. Təbii ki, infeksiyanın aradan qaldırılmasında ən mühüm tədbirlrdən biri də əhalinin intensiv şəkildə maarifləndirilməsi işləridir. Respublikamızın bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da bu istiqamətdə zəruri tədbirlər icra olunmaqdadır. Ağstafa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatı ilə birlikdə bu gün  prospekt və küçələrdə, park və xiyabanlarda, eləcə də sakinlərin ən çox istifadə etdikləri ictimai iaşə və digər qapalı obyektlərdə növbəti maarifləndirici tədbirlər həyata keçiribdir. Belə ki, rayonun bir sıra məsul vəzifəli şəxslərinin, ictimai fəalların  və  YAP könüllülərinin iştirakı ilə sakinlərə pulsuz tibbi maskalar paylanılıb, operativ gərərgahın qərarı ilə paytaxtımızda, eləcə də ölkənin bəzi ərazilərində həftə ərzində 2 günlük qapanmanın əhəmiyyəti diqqətə çatdırılıb. Gənc könüllülər sakinlərlə ünsiyyətdə  xüsusi ilə qeyd ediblər ki, Cənab Prezident İlham Əliyevin ötən gün Ağdam, Tərtər və Ağcabədi  rayonlarına səfəri zamanı tibbi maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir. Ərzaq mağazalarında alış-veriş edən ağstafalılar xüsusi karantin dövründə hər hansı ərzaq qıtlığı və süni qiymət artımı ilə rastlaşmadıqları üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu isə ölkədə kifayət qədər ərzaq ehtiyatının olmasından xəbər verir.

Keçidlər