Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı gənc müəllim Elvin İmaməliyev: “Cənab Prezidentin iradəsi sayəsində ölkəmizi ləkələmək və gözdən salmaq qeyri mümkündür”.

08 iyun 2020 | 11:00

Bildiyimiz kimi iyunun 3-də möhtərəm Prezidentimiz cəbhəboyu Tərtər, Ağdam və Ağcabədi rayonlarına səfər edərək bir neçə müəssisənin açılışında iştirak edib. Səfər çərçivəsində Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı olduqca vacib məqamlara toxunan
dövlətimizn başçısının səsləndirdiyi fikirlərindən hər birimiz nəticə çıxarmalıyıq. Bir qrup tərtərli idmançı qarşısında çıxışı zamanı qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən “prezident və parlament”, 14 apreldə keçirilən 2-ci tur “prezident seçkiləri” ilə bağlı olduqca vacib məqamlara toxundu. Qondarma xunta rejiminin keçirdiyi saxta seçkiləri şou və təlxəklər tamaşası, “məzhəkə oyunu” kimi dəyərləndirərək “seçkilər”in və onun “nəticələr”inin tərəqqipərvər dünya birliyi, mötəbər beynəlxalq qurumlar tərəfindən tanınmadığını bildirdi. Bu məsələyə yalnız Avropa Şurasının münasibət bildirməməsinə diqqət çəkdi. Onların, susmağının səbəbini isə “Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir” dedi. Bununlada onlar bir qurum kimi ictimaiyyətin gözündə öz nüfuzlarını itirdilər. Qondarma Dağlıq Qarabağ rejimində “prezident və parlament seçkiləri” məhz qlobal pandemiyanın geniş yayıldığı bir zamanda keçirildi. “Seçkilər”də belə Qərb dövlətləri və AŞPA səslərini belə çıxarmadı. Prezident İlham Əliyev haqlı olaraq qeyd etdiyi kimi  Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Niyə AŞPA indiyədək Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlıların - Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandır və onların işgəncə altında saxlanıldığı da heç kimə sirr deyil. Cənab Prezidentin Tərtər Olimpiya İdman Kompleksinin açılışndakı nitqi bir daha təsdiq etmiş oldu ki, erməni lobbisinin, islamofobların apardığı mütəşəkkil anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkün olmayacaq.

 

Keçidlər