Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qıraq Kəsəmən kəndində ipəkqurdunun mövcud vəziyyətinə baxış keçirildi

10 iyun 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” nın icrası Ağstafa rayonunuda uğurla həyata keçirilir. Məhz Dövlət Proqramının uğurla icra olunması sayəsində  rayonumuzda  yeni tut bağları salınmışdır. Bu il də ağstafalı kümçülər  Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş barama toxumu ilə təmin olunmuşlar. 45 ailəyə 150 qutu barama paylanmışdır ki, nəticədə 164 nəfər sakinin məşğulluğu təmin olunmuşdur.
Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ipəkqurdu toxumu paylanılmış Qıraq Kəsəmən kəndində barama saxlama məntəqələrində olmuş, baramanın tələb olunan aqrotexniki şərtlərlə təchizatı ilə maraqlanmışdır. Baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduqları  vəzifələri  yerinə yetirəcəklərini bildirınən kümçülər keçən il barama istehsalında yüksək nəticə əldə etdiklərini bildirdilər. Bu il 6 ton yaş barama istehsal etməyi nəzərdə tutan kümçülər hazırda ipəkqurduların bəslənməsini davam etdirirlər. İpəkqurdunun mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini vermişdir.

 

Keçidlər