Pandemiya dövrü bir daha göstərdi ki, dövlətimiz üçün vətəndaşının sağlamlığı həmişə birinci yerdə olub.
Hər kəsə aydındır ki, bütün dünyada pandemiya insanların normal həyat tərzinə təsirsiz ötüşmədi. İnsanların alışmadıqları məhdudiyyətlər, qadağalar, sərt izolyasiya tədbirləri təbii ki, normal həyat tərzinə mənfi təsir etdi. Ancaq Azərbaycanda hər bir vətəndaş anlayır ki, bu tədbirlərin icra olunması məhs onların və ailələrinin qorunmasına hesablanıb. Ona görə də vətəndaşlar koronavirus pandemiyası ilə bağlı dövlətimizin bütün addımlarını anlaşyışla qarşılayaraq dəstkələyir. Bu dövrdə bütün dövlətlər ya iqtisadiyyatını xilas etmək, ya da vətəndaşının sağlamlığını qorumaq seçimini etməli idilər. Təbii ki, bütün dövrlərdə olduğu kimi ölkə başçımız cənab İlham Əliyev birmənalı qaydada yenədə insanların sağlamlığını hər şeydən üstün tutdu. Məhs bunun nəticəsidir ki, hətta bəzi inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə vəziyyət həddindən artıq yaxşıdır. Dövlətimiz tərəfindən karonavirus təhlükəsindən qorunmaq üçün qabaqlayıcı tədbirlər elə görülüb ki, biz istənilən vəziyyətə hazır olaq. Bunun üçün ən müasir yeni laboratoriyalar alınıbdır ki, hazırda laboratoriyaların 20-dən çoxdur. Eyni zamanda yeni istifadəyə verilmiş ən qabaqcıl standartlara uyğun “Yeni Klinika” da daxil olmaqla 20-dən çox xəstəxana ayrılıbdır. Karantin şəraitinə alınan vətəndaşlar üçün də ideal şərait yaradılıb. Ölkəmiz dünyada nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Halbu ki, bir çox ölkələrdə bu virusa yoluxmuş insanlar heç xəstəxanalara da qəbul olunnmurlar. Məcburiyyətdən onlar ev şəraitində müalicə alırlar ki, bu da digərlərinin sağlamlığına aşkar təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Koronavirusa qalib gəlmək üçün ən başlıca amil bu istiqamətdə maddi-texniki bazanı gücləndirməkdir. Bunun üçün dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Bakıda ilk modul tipli xəstəxana kompleksinin, iyunun 9-da isə paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışında iştirak ediblər. Cənab Prezident qeyd edib ki, yaxın gələcəkdə bu xəstəxanaların sayı 10-a çatdırılacaqdır. Nəticədə əlavə iki min çarpayılıq yer olacaqdır ki, bu da koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcəkdir