Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov Göycəli kəndində ipəkqurdunun saxlanma şəraiti ilə yaxından tanış olmuşdur

12 iyun 2020 | 11:00

Bu gün Ağstafa  Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Göycəli kəndində  ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülmüş cari ildə kümçülər tərəfindən 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub və otaqlar lazımi istiliklə təmin edilmişdir. Rayonun kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu paylanılıb.
Hazırda ipək qurdları barama sarımaq üzrədirlər. Müvafiq aqrotexniki şərtlərlə təchiz olunmuş barama saxlama məntəqələrində təcrübəli kümçülərin rəhbərliyi ilə iş fəaliyyəti səmərəliliyini artırmaqdadır. Həmçinin bəslənən ipək qurdlarının qidalanmasının maksimum təmin etmək məqsədi ilə rayonun müvafiq  ərazilərində  tut tingləri salınmışdır.  Gələcəkdə  tut bağlarının əhatəsinin daha da genişləndirilməsi nəzərdə  tutulub.
Daha sona "Azərbaycanın Milli Qəhrəmanı" Qurbanov Novruz Əliyullah oğlunun  adını daşıyan parkda olan rayon rəhbəri kəndin  İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Yasin Əhmədova tapşırıq və tövsiyyələrini vermişdir.

 

Keçidlər