Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH dəstəyi, Ağstafa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “ 15 iyun müstəqillik tarixinin parlaq səlnaməsi” mövzusunda videokonfrans keçirilmişdir

13 iyun 2020 | 11:00

Rayonun ictimayi siyasi həyatında fəal iştirak edən gənclər, idman ictimayətiin nümayəndələrinin də iştirak etdiyi videokonfransda  Milli Məclisin deputatı, professor Nizami Cəfərov iştirak edərək 15 iyun Milli qurtuluş gününün tarixi məqamları haqqında maraqlı faktlarla çıxış etmişdir.Videokonfransı giriş sözü ilə açan Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Feyruz Həsənov açaraq qeyd etdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Natiq bildirdi ki , tarixin belə bir qarmaqarışıq dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Tədbirdə çıxış edən Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova ,Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov , YAP Ağstafa rayon təşkilatının gənclər birliyinin sədri Elvin İmaməliyev ,gənclər adından çıxış edə Ağstafa rayon Mərkəzi kitabxanasının məsləhətçisi Qönçə Hüseynova və gənc müəllimə Təhminə Zeynalova keçirilən videokonfransda mövzu ətrafında geniş çıxışlar edərək bildirdilər ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin təməlini qoydu. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Videokonfrans iştirakçıları qeyd etdilər ki Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab prezidentimiz İlham Əliyevin yürütdüyü düzgün daxili və xarici siyasi yolun sayəsində bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

 

Keçidlər