Dəyərli tibb işçilərimiz, Peşə Bayramınızı təbrik edirik!
17 iyun 2020 | 11:00
Ağstafa Rayon İcra Hakimiyyəti, 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə səhiyyə sahəsində çalışan hər bir əməkdaşı təbrik edir. Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətləri olan vətəndaşlarımızın sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi kimi məsuliyyətli vəzifələrin öhdəsindən şərəflə gələn Azərbaycan həkimi ilə qürur duyuruq. Karonavirus infeksiyasının səbəb olduğu pandemiya dövründə aylarla ailə üzvlərini görə bilməyən və öz həyatlarını bizim üçün riskə atan tibbi personala göstərdikləri əvəzsiz fədakarlığa görə sonsuz minnətdarlığımızı bildiririk.