Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Xətai kəndində mövcud vəziyyətlə tanış olmuşdur

17 iyun 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur  Orucov  Xətai kəndində inzibatı binalarının mövcud vəziyyəti ilə tanış olmuşdur.
Xətai kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və "Azərpoçt" MMC-nin Xətain poçt şöbəsinin inzibati binasında olan icra başçısı pandemiya dövründə  karantin rejiminin tələb və qaydalarına, müvafiq tibbi maskalardan istifadə və sosial məsafə tələblərinə əməl  edilməsini, sanitar-gigiyena qaydalarının pozulması hallarına nəzarət edilməsini, həmçinin, koronavirus pandemiyasına qarşı aparılan operativ mübarizə tədbirlərini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələb və tövsiyələrinə ciddi əməl edilməsini  tövsiyə etmişdir.  
Rayon rəhbəri yaz-tarla işlərinin indiki qızğın çağında əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması, xüsusilə də su itkisinin qarşısının alınması istiqamətində görülmüş işlərlə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

 

Keçidlər