Ağstafa rayon İcra hakimiyyətində “Qaynar xətt” fəaliyyət göstərir
Ağstafa rayon əhalisini narahat edən problemlərin operativ həlli, rayon sakinlərinin narahatçılığına səbəb olan halların aradan qaldırılması və kommunal xidmət sahəsi ilə bağlı məsələlərin tez və vaxtında həll edilməsi məqsədi ilə rayon İcra hakikimiyyətində 24 saat fasiləsiz olaraq şəhər və rayon telefonlarından 225-32-86 nömrəli “Qaynar xətt” fəaliyyət göstərir .
Ötən müddət ərzində müxtəlif məsələlərlə bağlı rayon sakinlərindən “Qaynar xətt”ə müraciətlər daxil olmuşdur.
22.07.2013 –cü il tarixdə “Qaynar xətt”ə müraciət edən Ağstafa şəhəri Heydər Əliyev prospektində yaşayan Hacıyeva Fərqanə Əbdülhəsən qızı yaşayış evinə ziyan dəyməsi ilə bağlı müraciət etmişdir. Məsələ ilə bağlı dərhal şəhər icra nümayəndəsi vətəndaşın evində olmuş, yaşayış evinə baxış keçirilmiş və sakinə 80 ədəd şifer verilmişdir.
23.07.2013-cü il tarixində Ağstafa şəhər M.P.Vaqif küçəsi ev 27-də yaşayan Müseyibova Briliyant Abbas qızı zəng edərək kanalizasiya sularının evinə və su çəninə axdığı barədə “Qaynar xətt”ə məlumat vermişdir. Rayon İcra hakimiyyəti tərəfindən Sukanal idarəsinə müvafiq tapşırıq verilmiş və 27.07.2013-cü il tarixində vətəndaşın problemi həll olunmuşdur.
Sakinlərin kommunal problemlərlə yanaşı rabitə və qeyri məişət qayğıları ilə bağlı müraciətlər də araşdırılmışdır.
25.07.2013-cü il tarixində Ağstafa şəhər sakini Cəfərova Rəna Mahmud qızı “Qaynar xətt”ə zəng edərək evinə telefon xəttin çəkilməsinə köməklik göstərliməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, texniki imkan olmadığından vətəndaşın evinə telefon xətti çəkilməsi mümkün deyil və bu barədə vətandaşa ətraflı izahat verilmişdir.
27.07.2013-cü il tarixində saat 1100 da Ağstafa rayon Köçəsgər kənd sakini Kərimov Nəvazi “Qaynar xətt”ə zəng edərək iribuynuzlu heyvanının su quyusuna düşdüyünü bildirmiş və ona köməklik göstərilməsini xahiş etmişdir. Müraciət ilə əlaqədar Köçəsgər kənd İƏD üzrə nümayəndəyə tapşırıq verilmiş və 27.07.2013-cü il tarixində saat 1200-da vətəndaşa lazımi köməklik göstərilmişdir.
Lakin qeyd etmək istəyirik ki, bəzi sakinlər şəxsi problemlərinin həlli istiqamətində addım atmaqdansa “Qaynar xətt” və digər mərkəzi İcra hakimiyyəti oraqnlarına müraciətlər edirlər. Belə ki , Ağstafa şəhər sakini İbrahimov Valeh Zahid oğlu “Qaynar xətt”ə zəng edərək şəxsi sahibkarlıq obyektinin zirzəmisinə yağış sularının dolmasını bildirmiş və ona köməklik göstərilməsini istəmişdir. Müraciəctlə əlaqədar Ağstafa şəhər İƏD üzrə nümayəndə Nəriman Hacıyev vətəndaşın obyektində olmuş və şikayətin əsassız olduğu vətəndaşa izah etmişdir.
Ağstafa rayon İcra hakimiyyətinin “Qaynar xətt”i hər gün fəaliyyətdə olmaqla rayon sakinlərini narahat edən problemlərin həlli istiqamətində zəruri köməklik gostərməsini təmin edir.