Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağstafa rayon təşkilatının Könüllüləri kümçülərə barama yığımında dəstək olublar

18 iyun 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması ölkəmizdə  könüllülüyün yeni mərhələsinin inkişafına, təşəbbüskar, innovativ düşüncə tərzli və müasir dünyagörüşlü gənclərin formalaşmasına imkanlar açmışdır.
Bu gün YAP Ağstafa rayon təşkilatının  Könüllüləri aqrar sahədə könüllü dəstəyi nümayiş etdiriblər. Bildiyimiz kimi, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Daim axtarışda olan, yeniliyi sevən  və  işgüzarlıqlarını öz fəaliyyərtndə tətbiq edən  gənclər  ölkəmizdə həyata keçirilən  ictimai-iqtisadi  tədbirlərə  dəstək olurlar. YAP Ağstafa rayon təşkilatının  Könüllüləri  Ağstafa rayon ərazisində fəaliyyət göstərən kümçülərə barama yığımında dəstək olublar.  Göstərilən xidmətlə  gənclər,  aqrar sahənin inkişafına ictimai dəstəyi nümayiş  etdirmişlər.

 

Keçidlər