Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon İcra Hakimiyyəti Başçısı yanında Operativ Qərərgahın müşavirəsi keçirildi

22 iyun 2020 | 11:00

Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında geniş müşavirə keçirilib. RİH başçısı Seymur Orucovun sədirliyi ilə keçirilən iclasda rayonun bir sıra idarə müəssisə rəhbərləri iştirak edib. Müşavirədə qeyd edilib ki, Ağstafa rayonunda koronavirus infeksiyasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyəti ilə Rayon Polis Şöbəsi birlikdə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütamadi olaraq monitorinqini aparılması və pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barəsində qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun tədbirlərin görülməsi tapşırılmışdır. Sonda qeyd olunan nöqsanlardan nəticə çıxarılmasının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmasının vacibliyi bildirilib və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

 

Keçidlər