23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb. Ağstafa Rayon İcra Hakimiyyəti 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Dövlət qulluqçularını təbrik edir, can sağlığı,
müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda çalışan dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasını, qaçqınlarımız və köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını arzulayırıq.
Ölkəmizin, Ağstafamızın daha da çiçəklənməsini, koronovirusla mübarizədə ehtiyatlı olmalarını arzulayırıq.
BAYRAMINIZ MÜBARƏK!