Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilmişdir

27 iyun 2020 | 11:00

Bu gün rayon ərazisində Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyəti,  Rayon Polis Şöbəsi, Ağstafa rayon Gigiyena və epidemologiya mərkəzi birlikdə  qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütamadi olaraq monitorinqinin aparılması və pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barəsində qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun tədbirlər həyata keçirilmişdir.  Koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində aparılan reydlər sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə xüsusi sanitar rejimin tələblərinə uyğun həyata keçirilmişdir.
Reydlərdə vətəndaşlarla  maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur. Xəbərdarlıqlara riayət etməyən, verilən tapşırıq və tövsiyələrə əməl etməyən sürücülərin, eləcə də sərnişinlərin hər biri haqqında ciddi tədbirlər görüləcəyini qeyd edilmişdir. Reyd nəticəsində xüsusi karantin rejiminin tələblərini pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnmişlər.
Unutmayaq ki, hər birimizin sağlamlığı öz əlimizdədir. Biz özümüzü qorumaqla, həm də ətrafımızdakı insanları da qorumuş oluruq. Vətəndaş olaraq da hər birimizin üzərinə bir vəzifə düşür ki, bu da xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etməkdir.


Keçidlər