Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan xüsusi sessiyası: Dünya Dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörməti mövzusunda videokonfrans keçirilmişdir.

29 iyun 2020 | 11:00

      Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun fəal gəncləri ilə videokonfrans keçirmişdir. Videokonfransda çıxış edən icra başçısı qeyd etmişdir ki,  Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir. Bu kontekstdə ön planda təbii ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu, şəxsiyyəti böyük rol oynayır. Bu, bir daha dövlətimizin başçısının qlobal əməkdaşlığa verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsini sübut edir. Bir sözlə, dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi dövlətimizin beynəlxalq aləmdə böyük diplomatik uğurudur.  COVID-19 pandemiyasının başlandığı ilk günlərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Koronavirusun tüğyan etməyə başladığı ilk dövrlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunmuş iki zirvə görüşü təşkil edildi.
Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.
Daha sonra gənclərdən YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin  İmaməliyev, Gənclər İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov  çıxış etmişdir.

Keçidlər