Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc Könüllülərin koronavirusa qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilib

04 iyul 2020 | 11:00

 Bu gün Ağstafa rayonunda  "Bir-birimizi qoruyaq" kampaniyasının bir hissəsi olaraq Gənc Könüllülər  maarifləndirici aksiyanı davam etdirirlər. Onlar  mütəmadi olaraq əhalinin kütləvilik təşkil etdiyi müxtəlif məkanlarda vətəndaşları özlərini və doğmalarını koronavirus (COVID-19) pandemiyasından qorumağa çağırırlar. Aksiya çərçivəsində gənclər, vətəndaşlara bukletlər paylayır, daha sonra koronavirusdan qorunmaq məqsədilə hazırlanan karantin qaydalarına riayət olunan məkanların girişlərinə "Nümunəvi obyek", ictimai nəqliyyatda, şəxsi avtomobillərdə və avtobuslarda "aralı əyləşin, sağlam olun ", "məsafə saxla", "Bir-Birimizi qoruyaq" yazılı xüsusi stikerlər yapışdırırlar.
Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq.

Keçidlər