Şriftin ölçüsü :

Saytın rəngi :

Ağgöl kəndində növbəti səyyar qəbul-görüş

31 iyul 2013 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Ağgöl kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağgöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Mansurov Ağgöl kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Ələddin Quliyev gömrük və sərhəd keçid məntəqəsində nəqliyyatın hərəkətinə icazə verilməsindən danışdı.
2. Namiq Osmanov Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulmasını xahiş etdi.
3. Gülnaz Süleymanova Ağgöl kəndinə təbii qazın verilməsinin tezləşdirilməsini xahiş etdi.
4. Yunis Nəsibov kənd sakinlərinin qonşu Gürcüstan respublikasına  hər dəfə gömrük və sərhəd keçid məntəqəsindən keçərkən vətəndaş pasportuna möhür vurulması və sənədin tez dolması barədə danışdı.
5. Zərifə Cəlilova kəndarası yolların təmirə ehtiyac olduğunu qeyd etdi.

6. Etibar Məmmədov istehsal olunan kənd təsərrüfatı məhsulları üçün soyuducu anbarın inşa olunmasını  və satışına köməklik edilməsini təklif etdi.
7. Zəkiyyə Şərifova Ağgöl kəndini içməli su ilə təmin edən su nasosunun təmir edilməsini xahiş etdi.
8. Gülşən İsmayılova ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
9. Musa Nəsibov Ağgöl kəndinin içməli su təminatının yaxşılaşdırılması barədə danışdı.
10. Natella Hacıyeva Ağstafa şəhərində ümumvətəndaş pasportunun alınması üçün bölmənin açılmasını təklif etdi.
11. İlqar Məmmədov kəndin birinci məhəlləsində içməli su xəttinin təmir edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, bölgə üçün həyati əhəmiyyəti olan Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması işləri sürətlə aparılır. Yaxın vaxtlarda Böyük Kəsik-Ağgöl avtomobil yolunun da əsaslı təmirinə başlanılacaq. Kür çayının sol sahil yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi cari ildə nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər