Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada növbəti profilaktik dezinfeksiya işləri görülüb

05 iyul 2020 | 11:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus  təhlükəsi ilə əlaqədar tibbi-profilaktik  tələblərinə uyğun olaraq bu gün Ağstafa rayonu ərazisində növbəti dezinfeksiya işləri həyata keçirilib. Ağstafa şəhərinin prospekt və küçələri kommunal texnikalarla yoluxucu xəstəliklərə qarşı xüsusi məhlulla yuyulub.  Ağstafa rayon Gigeyina və Epidemiologiya Mərkəzi və rayonun kommunal təsərrüfat işçiləri tərəfindən parklar, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri, pilləkan marşları,  eləcə də əhalinin daha çox toplandığı  yerlər  sanitariya qaydalarına  uyğun  dezinfeksiya olunub.

 

Keçidlər