Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏRİN HAKİMİYYƏTƏ GƏLİŞİNİN 51-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ AĞSTAFADA ONLAYN FORMATDA İNTELLEKTUAL YARIŞA START VERİLİB

06 iyul 2020 | 11:00

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 51-ci ildönümü münasibəti ilə Ağstafa rayon İcra Hakimiyyəti, YAP Ağstafa rayon Təşkilatının təşəbbüsü, rayon Gənclər və İdman idarəsinin  təşkilatçılığı ilə Operativ Qərargahın tələblərinə uyğun onlayn formatda breynrinq intelektual oyununa start verilib. Pandemiya dövründə gənclər arasında ilk dəfə keçirilən onlayn yarışda ağstafalı gənclərdən ibarət dörd komanda iştirak edir. 06 iyul 2020-ci il tarixdə başlayan intellektual yarışın ilkin mərhələsində “Mübariz” və “İrəli” komandaları  mübarizə aparıb. Yarışın bütün komponentlərində rəqibindən üstün olan “Mubariz” komandası qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib. Yarışın reqlmanetinə əsasən 08 iyulda onlayn yarışa qoşulacaq “Qələbə” və “Zəka” komandaları arasındakı mübarizədən qalib çıxacaq komanda, 10 iyulda keçiriləcək final mərhələsində “Mübariz” komandası ilə yarışacaq. İntelllektual oyunun qalibləri yarışın təşkilatçıları tərəfindən müvafiq diplom və hədiyyələrlə təltif olunacaqdır.

 

Keçidlər