Bu il də Ağstafa zəmilərində bol taxıl məhsulu yetişdirilib
Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi əhalimizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət etməkdir. Respublikada aqrar sahənin inkişaf etdirilməsini və bu əsasda əhalimizi gündəlik qida rasionumuza daxil olan çörəklə etibarlı təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin birbaşa yardımları və dəstəyi ilə taxılçılıq inkişaf edir və kənd təsərrüfatı məhsul istehsalçılarının bu sahəyə marağı ildən-ilə artır. Ağstafada ötən illrdə olduğu kimi bu ildə bol taxıl məhsulu əldə olunub. Təkcə ötən il 10288 hektar sahədə taxıl yetişdirən fermerlər hər hektardan 36,4 sentner buğda, 28,1 sentner arpa götürüblər. Cari ildə əkin sahələri bir qədər də genişləndirərək 10307,9 hektara çatdırılıb, onun da 8304,4 hektarını buğda, 2003,5 hektarını isə arpa təşkil edir. Hazırda rayonda arpa biçini gedir. Bu günə kimi, 1508,7 hektarda biçin başa çatdırılıb. Hələlik arpa sahələrinin hər hektarından 28,3 sentner məhsul götürülür. Gündə zəmilərə 10 ədəd kombayn və 20-dən artıq nəqliyyat vasitəsi çıxır.