Şriftin ölçüsü :

Saytın rəngi :

10 iyul 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən Ağstafa şəhər 3 nömrəli tam orta məktəbində imtahan keçiriləcək

08 iyul 2020 | 11:00

10 iyul 2020-ci il tarixdə Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin binasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində keçirilmiş buraxlış (qəbul) imtahanlarında üzürlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9- cu və 11- ci sinif) da iyulun 10–da imtahan verəcəklər. Bundan əlavə, 10 iyulda imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxlış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxlış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçirləcəkdir.

Keçidlər