Ağstafa Rayon İcra hakimiyyətinin başçısı yanında Operativ Qərargahın növbəti iclası keçirilib
Ağstafa Rayon İcra hakimiyyətinin başçısı yanında Operativ Qərargahın növbəti iclası keçirilib
İyulun 11-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov sədrlik etdiyi Operativ Qərargahın növbəti iclasını keçirib. Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında qərargah üzvlərinin iştirakı ilə keçirilən iclasda Nazirlər Kabinetinin qərarları ilə Ağstafada COVİD-19 pandemiyasına dair görülən işlər geniş müzakirə olunub. Seymur Orucov qeyd edib ki, rayonda sanitar-profilaktik tədbirlər gücləndirilməli, əhalinin sıx olduğu yerlərdə aparılan dezinfeksiya işləri daim nəzarətdə saxlanılmalı, ictimai-iaşə, ticarət obyektlərində pandemiyaya qarşı reydlər mütəmadi keçirilməlidir. Əhali arasında maarifləndirmə və təbliğat işlərində əsas məsuliyyət Nazirlər Kabinetinin göstərişi ilə yaradılmış mobil qrupların üzərinə düşür. Odur ki, təbliğat qrupları çevik qaydada fəaliyyətlərini davam etdirməlidirlər. İclasda qərargah üzvlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.