Şriftin ölçüsü :

Saytın rəngi :

AMEA İnformasiya Texnologiyaları İnstitutu Ağstafada “Ən yaxşı informatika müəllimi” müsabiqəsi çərçivəsində kompüter kurslarına start verdi

06 avqust 2013 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2013-cü ilin İnformasiya-kommunikasiya Texnologiyaları ili elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq olunması haqqında “Sərəncamı ölkəmizdə bu sahənin dinamik inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirlər Planının ölkədə informasiya cəmiyyəti və insan potensialının inkişafı hədəflərinə xidmət edən “Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqəsdilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi” bəndi İKT-nin səmərəli tətbiqi ilə e-dövlət mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün İKT biliklərinin əldə edilməsinin təminini nəzərdə tutur.
Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu 05 avqust 2013-cü il tarixdən 15 avqust 2013-cü il tarixədək Ağstafa rayonunun ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün “Ən yaxşı informatika müəllimi” müsabiqəsi çərçivəsində kompüter kurslarına start verdi. Kursları İnstitutun mütəxəssisləri,  şöbə müdiri Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova tədris edirlər.
Layihə 3 mərhələdən ibarətdir və sonda biliklər test proqramı ilə qiymətləndiriləcəkdir. Əsas məqsəd Ağstafa rayonunda İKT sahəsində milli kadrların hazırlanması, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir elmi-texniki biliklərə yiyələnməsidir.

Keçidlər